İslam dünyası Mehdi axtarışındadır!

  Son zamanlar bütün dünyanı və əsasəndə İslam dininə məxsus insanlar, alimlər və din adamlarının haqqında danışdıqları Hz Mehdi və Hz İsa tezliklə zühur edəcəyi bildirilir.
İslam dünyasında bu gəliş insanlar və inanclar arasında müəyyən düşüncə fərqliliyi yaratsa da, Quran-i Kərimə istinadən bu gəlişi müjdələmək adlandırmaq lazımdır.
Hz Mehdinin gəlişi İslam dünyası və dünyamızda azad və xoşbəxt ömür yaşanması deməkdir.
Hz Mehdi haqqında Quran-i Kərimdə 200-ə yaxın ayələr vardır.
İnsanlar bu insanın artıq axtarışındadır.
Lakin təəssüf edici bir hal olaraq ölkəmizdə bununla bağlı heç bir addımın atılmaması və insanların bundan xəbərsiz olmalarıdır.
Ölkəmizdə din və İslam-ın efirlərimizdə çox az bir müddətlik yayımına icazə verilir.
Bu isə insanlarda imanın azalmasının başlıca səbəblərindən biri ola bilər.
Hz Mehdinin dünyaya gəlişinin, insan olaraq zühur edəcəyi artıq sirr olmasa da, xristian dünyasının da bu maraq dairəsindədir.
Qurani- Kərimdə bildirildiyi kimi, Hz İsa Peyğəmbərində zühuru gözlənilir.
Hz İsa dəyişilmiş İncil qaynaqlarında çarmıxa çəkildiyi göstərilsə də, bunun real olmadığını Qurani- Kərimdə dəfələrlə göstərilib.
Hz Mehdinin zühuru ilə Hz İsa-da yer üzündə peyda olacaqdır!
O gün bütün dünyada müharibəsiz, davasız, mənəətsiz bir gün olacaqdır!
Hz Mehdinin çıxış əlamətləri olan göstəricilər ard-arda reallaşır və bir çox din adamlarının da buna qarşı düşüncələrinə əsasən bu il İnşaAllah Hz Mehdinin zühurunu görə biləcəyik!
Hz Mehdi İslam birliyini yaradacaq, ona qarşı çox haqsızlıq edilsə belə, bütün dünyada sakitliyi təmin edəcəkdir.
Allahın izni ilə Hz Mehdi öz fəaliyyətini bitirdikdən sonra dünya öz sabit həyatını yaşayacaq amma çox az vaxt sonra qiyamət qopacaq!
Hz Mehdinin gəlişi İslam dövlərlərindən daha çox Türkiyə və İran-da səs-küylə qarşılanır.
Hər iki dövlətdə Hz Mehdi iddiaçıları var, bir neçə müddət öncə İranın prezidentin açıqlamalarında da "O, tezliklə gələcək." kəlməsi, bütün dünya mətbuatında yer aldı.
İslam dünyasının bir parçası olaraq bizlərdə Hz Mehdi və Hz İsa-nın gəlişi ilə hər kəsi müjdələyək.
Bu dünyanın sonu yox, hər şeyin başlanğıcıdır! 

baxılma sayı: 306