Uşaqlarla davranışa dair valideyinlərə bir neçə əxlaqi göstərişlər

Valideyinlər uşaqlarla rəftarda bu incəliklərə diqqət etsinlər: 

1. Hədiyyəni verəndə qızlardan başlayın. 

İslam Peyğəmbəri (s) buyurur: «Hər kim bazara girib əhli-əyalına töhfə alsa, ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir! Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir».
 

2. Öz körpənizlə uşaq kimi oynamağa çalışın.
(Peyğəmbər (s)) buyurur: «Uşağı olan hər bir kəs, onu tərbiyə edən zaman özünü uşağının səviyyəsinə qədər endirməlidir».


3. Öz övladlarınızı öpün. 

İslam Peyğəmbəri (s) buyurur: «Övladlarınızı öpün! Çünki övladlarınızı öpməyin müqabilində Allah-Taala elə bir məqam vermişdir ki, hər dərəcə arasında 500 il fasilə vardır». Həmin mövzuda Əli (ə) buyurur: «Övladı öpmək rəhmətdir».
 

4. Salam verməklə övladlarınıza şəxsiyyət verin.
Peyğəmbər (s) hər vaxt uşaqlarla qarışılaşsaydı, onlara salam verər, şəxsiyyətlərinə ehtiram qoyar, bununla da cəmiyyətdə uşaqlara ehtiram məsələlərini öz ardıcıllarına göstərərdi.
 

5. Övladlarınıza çox əmr və qadağalar etməyin. 

Çünki bu iş onların üzünüzə qayıtmasına səbəb olar. Övladın uşaqlıqda valideynin üzünə qayıtmağa cürət tapması, böyüyəndə onun itaətsizliyinə gətirib çıxardar.


6. Uşaqları sevin və onlarla mehriban olun. Onlara vəd verəndə ona əməl edin. Çünki bununla da övlad uşaq vaxtından əhdini pozmağa və vədə xilaf çıxmağa meyl etməz.
 

7. Uşaqları ərköyün böyütməyin. Uşaqları ərköyün böyütmək onları zəif, iradəsiz, özbaşına və inadcıl edir. Bu tip uşaqlar öz pis işləri ilə valideynlərinə əziyyət verir və onları saysız-hesabsız çətinliklərlə qarşılaşdırırlar.
 

8. Uşaqlarınız üçün dua edin. 
İmam Səccad (ə) dualarının birində bu barədə buyurub: «...Ey Allahım! Mənə minnət qoy və övladlarımı mənə bağışla. Mənə minnət qoy və onları xeyirli nemətlərdən və savabdan məhrum etmə. Mənim övladlarımı təqva və bəsirət zinəti ilə zinətləndir ki, gözəl görüb, gözəl eşitsinlər və sənin fərmanlarına müti olub, itaət etsinlər...» 
 

9. Uşaqlarınızın suallarına cavab verin və çox sual verdiklərinə görə onları məzəmmət etməyin. Çünki bu, onlarda olan maraq hissini zəiflədər.


10. Valideyn övladına uşaqlıqdan günahın pis iş olduğunu və camaatın günahkara nifrət bəslədiyini başa salmalıdır. Bundan əlavə, valideyn övladı pis bir iş görərkən danlamalı və yaxşı işlərdə təşviq etməlidir. Bu iş uşağın şəxsiyyətinin dirilməsinə, onda ümid və inam hissinin yaranmasına səbəb olar.
 

11. Uşaqların qeyri-adi rəftarlarına dözün. 

 Həzrət Əli (ə) bu barədə belə buyurub: «Danlamaq və məzəmmətdə ifrata yol vermək, inadkarlığı daha da alovlandırar».
 

12. Uşaqlarınızı kiçik yaşlarından ibadət etməyə sövq edin. 

 İmam Əli (ə) belə buyurub: «Öz uşaqlarınıza namaz qılmağı öyrədin. Yetkinlik yaşına çatdıqda, namaza (tərk etməməsinə) görə onunla tələbkar olun».

baxılma sayı: 302