İnsan və Quranın söhbəti.

İnsan və Quranın söhbəti.

nsan: İlahi! Məni sevirsənmi?

Quran: “...Yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir”. (“Bəqərə” surəsi, 195)

İnsan:  Necə yaxşılıq edim?

Quran: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların qüsurlarından keçərlər. Allah belə yaxşılıq edənləri sevər”. (“Ali-İmran” surəsi, 134)

İnsan: Axı mənim qızıl və gümüşüm yoxdur, dünya malından da əlimdə bir şey yoxdur.

Quran: “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı, müxtəlif dadlı xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!” (“Ənam” surəsi, 141)

İnsan: Bütün bunları Allah yolunda versəm, bəs dünya həyatım necə olsun?

Quran: “Allahın sənə verdiyindən axirət yurdunu qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma (ehtiyacın qədər saxla). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (“Qasas” surəsi, 77)

 

İnsan: Allah yolunda bir şey infaq  edərkən şeytan mənə vəsvəsə edir.

Quran: “Mallarını xalqa göstərmək (şöhrət qazanmaq) üçün xərc­lə­yənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sev­məz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!” (“Nisa” surəsi, 38)

İnsan: Bəzən dünya həyatındakı çətinlik və müsibət belimi bükür, məni bu mübarizədə aciz buraxır.

Quran: “Neçə-neçə peyğəmbərlər gəlib-getmiş və rəbbanilərlə birlikdə (düş­mənlə) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri mü­sibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (düşmənə) bo­yun əymişlər. Allah belə səbir edənləri sevər!” (“Ali-İmran” surəsi, 146)

İnsan: Yəni, səbr etsəm Allah məni sevər?

Quran:  “Allah səbredənlərisevir!” (Ali İmran surəsi, 146)

İnsan: Səbretsəməvəzindəmənənəveriləcək?

Quran: “Səbrliolanlaraetdikləriyaxşıəməllərəgörəmükafatlarınıverəcəyik.” (Nəhlsurəsi, 96)

İnsan: Mükafat?

Quran: “Yalnızsəbredənlərəmükafatlarısaysız-hesabsızveriləcəkdir.” (Zumərsurəsi, 10)

İnsan: Bu mükafatnədir?

Quran:  “VəonlarasəbretdiklərinəgörəCənnətibəxşedər.” (İnsansurəsi, 12)

İnsan: TəkcəCənnət?

Quran: “Səbiretdiklərinəgörəonlaraikidəfəmükafatveriləcəkdir...” (Qasassurəsi, 54)

İnsan: Başqabirmükafatdavarmı?

Quran: “Səbretdiyinizəgörəsizəsalamolsun! Axirətyurdunuznecədəgözəldir!”(Rad surəsi, 23-24)

İnsan: Bəzən Allahın mənə verdiyi nemətlər əlimdən çıxır, bir sıra bəlalar sorağıma gəlir. Yenə də səbr edim?

Quran: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!” (Bəqərə 155)

İnsan:  Axı, bu bəlalar bəzən məni səbrdən çıxarır...

Quran: “Eyimangətirənlər! Səbredin, dözümlüolun...”  (Ali İmran surəsi 200)

İnsan: Necəsəbredim?

Quran: “Elçilərdənmöhkəmiradəsahiblərininsəbretdiyikimi, səndəsəbret!” (Əhqafsurəsi, 35)

İnsan: Hansıelçi?

Quran: “Həqiqətən, Biz onu (Əyyubu) səbredəngördük. Necədəgözəlqulidi! O, daimaAllahaüztutardı. (Sad sürəsi, 44)

İnsan: Əgər səbr etməsəm Allah məni sevməz?

Quran: “Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa!”(Əsr sürəsi, 1-3)

İnsan: Mənə kömək et. Necə səbr edim?

Quran: “Ey iman gətirənlər! Səbr və namaz ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. (Bəqərə surəsi, 153)

İnsan: Mənə bir nəsihət ver.

Quran: “(Hz. Loğmanın övladına öyüdü): Oğlum! Namazı­ la­yi­qincə qıl, (insanları) yaxşı işlər görməyə təşviq et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (“Loğman” surəsi, 17-19)

İnsan: Mənim günahım çoxdur.

Quran: “Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (“Bəqərə” sürəsi, 222)

İnsan: Günahım lap çoxdur.

Quran: "(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (Əz Zumər, 53).

İnsan: Allah məni də bağışlayar?

Quran: “...Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz və bundan başqasını dilədiyinə bağışlayar...” (ən-Nisa sürəsi, 48)

İnsan: Bu vəziyyətdə necə dua edim?

Quran: “Onlar bu vəziyyətdə ancaq belə dedilər: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! (“Ali-İmran” surəsi, 147-148)

İnsan: Allah mənim hər duamı eşidərmi?

Quran: ““Rəbbinizə için-için, yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (“Əraf” sürəsi, 55)

İnsan: Mən, mənə hər hansısa bir ziyan gələcəyindən qorxuram.

Quran: ““Şübhəsiz ki, Allah iman gətirənləri hifz edər.(“Həcc” surəsi, 38)

İnsan: Mən, ətrafımda olanları doğru yola dəvət edirəm, bəziləri qəbul edib, bəziləri isə inkar edir.

Quran: “İnkar edənin küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki, (Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!” (“Rum” sürəsi, 44-45)

İnsan: Bu dediklərinizə iman gətirdim və qəbul etdim.

Quran: “Salam olsun doğru yola tabe olan hər bir kəsə.” (Taha 47)

Qeyd: Allahın izni ilə, Quranı bütün ayələrini sizə bu şəkildə təqdim edəcəyik. Bu sadəcə bir nümunədir. Bütün Quranı həm bu şəkildə, həm PDF həm, audio,həm video həm də yazılı sizlərin xidmətinizdə qoymaq istəyirik. Bu zaman aparan işdir. Odur ki, bu işləri bacaran hər bir kəsi ətrafımıza cəm olmağa çağırırıq. Gəlin Quranı insanlara çatdıraq, hansı yolla olursa olsun. 

Hazırladı: Mahir Şəkərov

baxılma sayı: 286