Həzrət İsa ibn Məryəmdən (ə) hədis

 Rəvayətdə vardır ki, Həzrət İsa (ə) Allahın izni ilə ölmüş bir cavanı dəfnindən neçə an ötdükdən sonra dirildir. Ölmüş cavan dirildikdə qocalmış, tam əldən düşmüş, solğun, qaralmış və qəmli görünür.
Bu zaman ondan soruşurlar: Neçə vaxtdır ölmüsən? Deyir: On min ildən artıqdır. (halbuki ölümündən bir neçə dəqiqədən artıq keçməmişdi)
Yenə də soruşurlar: Qəbir aləmindən nə deyə bilərsən? Deyir: Elə ki, qəbrin üstünü örtdülər, Allah məmurları sual-cavab üçün yanıma gəldilər. Suallarına cavab verə bilmədikdə mənə elə bir taziyanə vurdular ki, qəbrimi od bürüdü. İndi neçə min illər idi ki, bu taziyanənin odunda yanmaqdaydım.

baxılma sayı: 300