Arif şəxsin həyat tərzi İmam Sadiqin (ə) hədisində:

   İmam Sadiqdən (ə) bir hədisdə belə nəql olunur: “Arif, o şəxsdir ki varlığı insanlarladır, amma qəlbi Allahla, qəlbi Allahdan uzaq düşəndə canının fəda olmasını istəyər ki yenə Ona qovuşsun.

Arif şəxs Allahın əmanətinin qoruyucusudur, Allah-Taalanın sirlərinin qaynağıdır, Allahın nurlarının saçma səbəbidir. Onun varlığı insanlar üçün Allahın rəhmətinin nişanəsi və göstəricisidir.

Arif şəxs Allah ədalətinin, fəzilət və elmlərinin daşıyıcısıdır. Dünya insanlarından, dünya məqsədlərindən və dünya gözəllikləri ilə ünsiyyət qurmaqdan qaçmaqdadır.

Arif şəxs Allah üçün əməl edər, Allahdan kömək diləyər, Onun pak əmr etdiyi bağlarda yaşamağa çalışar.

Arif şəxs Allahın yardımlarından istifadə edərək özü üçün ehtiyaclı günlərinə azuqə cəm edəndir. Tanımağa çalışar və imanlı rəftar edər… mənbə: Misbahuş-Şəriə, səh: 191 

baxılma sayı: 303