Şeyx Noxudəki: “Gəlin kimyadan da üstün bir şey verim!”

Ayətullah Şübeyri Zəncani nəql edir:

İmam Xomeyni (r) 30-40 yaşlarda olduğu zaman Məşhəddə İmam Rizanın (ə) hərəmində Ayətullah Şeyx Həsənəli Noxudəki İsfahani ilə rastlaşır. Arifə yaxınlaşıb ona sözü olduğunu deyir. Şeyx nə sözü olduğunu soruşanda İmam Xomeyni onu İmam Rizaya (ə) and verir ki, “kimya” (insanı dəyişən elm) varınsa bizə də ver. Şeyx deyir: “Əgər sizə kimya versəm, dağı-düzü qızıla çevirsəz, ondan yerində istifadə edəcəyinizə, onu qoruyacağınıza söz verirsiniz?” İmam başını aşağı salır, tam səmimiyyətlə bildirir ki, söz verə bilməz. Şeyx buyurur: “Əgər kimyanı qoruya bilməyəcəksinizsə, gəlin kimyadan da üstün bir şey verim...” Sonra İmam Xomeyniyə göstərişlərini sadalayır:
-Vacib namazlardan sonra Ayətul-kursini “huvəl-əliyyul-əzim”-ə qədər oxuyun...
-Sonra Fatimeyi-Zəhranın (s.ə) təsbihatını deyin...
-Sonra 3 dəfə “qul huvəllahu əhəd” surəsini oxuyun...
-Sonra 3 dəfə salavat çəkin...
-Sonra Təlaq surəsinin 2,3-cü ayələrini 3 dəfə oxuyun

(وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لا يَحْتَسِبُ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا) vilayet-nur.

baxılma sayı: 266