Namazı vaxtında qılmağın fəziləti və qiyaməti haqda İmam Sadiqdən (ə) 2 hədis

Namazı vaxtında qılmağın fəziləti və qiyamət gününün ilk sorğu sualı ... 

-İmam Sadiq (ə.) buyurur: "Hər kəs namazı ilk vaxtında qılar və düzgün yerinə yetirərsə, mələk onu pak və parlaq şəkildə səmaya çatdırar və o namaz Allah səni qorusun deyər. Necə ki, sən məni qorudun və səni Allaha tapşırıram, necə ki, məni kərim olan mələyə tapşırdın. Hər kəs onu üzr olmadan vaxtından sonra, vaxtsız və mənəvi məhəbbət olmadan qılar, mələk onu qara və qaranlıq şəkildə göylərə aparar və o namaz Allah səni məhv etsin deyər. Necə ki, məni məhv etdin. Allah sənin haqqını saxlamasın necə ki, mənim haqqımı saxlamadın. 

-Sonra İmam Sadiq (ə) buyurur: Bəndə Allah qarşısında dayandığı zaman ondan ilk soruşulan şey onun vacib namazları, vacib zəkatı, vacib orucu, vacib həcci və biz Əhli-beytin vilayəti olacaq." (Hürr Amuli (r), "Vəsailuş-Şiə", cild 4, səh.123 və 124)

baxılma sayı: 268