Tövbə edən zaman bu 6 şərtə diqqət yetirmək lazımdır.

Bir şəxs İmam Əlinin (ə) hüzurunda özünü göstərmək üçün dedi:
(Allahdan bağışlanmaq istəyirəm.) Həzrət Əli (ə) dedi: «Anan matəminə otursun! Bilirsənmi, istiğfar təkcə dildə deməklə deyil. Onun yüksək mərhələsi var. (Sonra buyurdu Tövbə və istiğfarın altı şərti var:
1. «Keçmiş günahlardan peşman olmaq».
2. «Günahları tərk etməyi qərara almaq».
3. «Camaatın haqqını yeyibsə onları qaytarmaq».
4. «Allahın onun üzərinə qoyduğu vəzifələri yerinə yetirmək». (Namaz qılmaq, oruc tutmaq kimi).
5. «Bədəninin haram maldan əmələ gələn ətlərini ibadətlə əritmək».
6. «İnsanın bədəni günahın ləzzətini çəkdiyi kimi ibadətin çətinliyini də dadsın». Bu mərhələlərdən sonr Allahdan bağışlanmaq istəyirəm deyə bilərsən».

baxılma sayı: 285