Namazın əhəmiyyəti namazın özündə əks olunub

İslam dinində namazın yeri xüsusidir. Namaz elə bir ibadətdir ki, insanı Allaha yaxınlaşdıra bilir, insanın dünya və axirət səadətinə çatmağını təmin edir.

Namaz – dinin sütunudur və ona görə də böyük əhəmiyyətə malik olan bir ibadətdir. Namazın əhəmiyyətinə namazın elə özündə nəzər salaq.

Namaz, kiçik insanın böyük Allahla rabitə qurmasına səbəb olur. Namaz bəndənin ən ali ubudiyyətini nümayiş etdirər. İnsan namazda kəlamı, əməli, qəlbi, ruhu və pərəstişi ilə bəndə olduğunu nişan verər. Heç bir vacibatda namazda olan xüsusiyyətlər yoxdur. Namazın hər bir hissəsi insanın Allaha yaxınlaşmağından bəhs edər.

1. “Həmd” surəsi – üsuliddini bəyan edər. Namazda “Həmd” surəsi oxunar ki, bir müsəlmanın etiqadi məsələlərini əhatə edər. Həzrət Peyğəmbərdən (s) nəql edilən hədisə görə isə “Həmd” surəsinin dəyəri və mətni Quranın bütün surələri ilə eyni ölçülür və eyni dəyərdədir. Yəni, bir “Həmd” surəsi dəyər baxımından Quranın bütün surələri ilə eyni ölçüdədir.

2. Rüku. Rüku – bəndəliyin ən gözəl nümayişidir. O kəslər Allaha yaxın olar ki, bəndəlikdə səhlənkarlıq və qüsur etməzlər. İmam Sadiq (ə) buyurur: “Namazın rükusunda ədəb vardır, səcdəsində qürb. Hər kim ədəbi yaxşı yerinə yetirməz, qürbə layiq deyildir”.

3. Səcdə. Səcdə bəndənin Allah qarşısında zəlil olmasını nişan verər. Ubudiyyətin ən ali dərəcəsidir. Belə ki, insan öz səcdəsi ilə özünü varlıq aləmi ilə həmrəng edir. Quran buyurur ki, yerdə və göydə olanların hamısı Allaha səcdə edərlər.

4. Təşəhhüd. Təşəhhüd – Allahın təkliyinə şəhadət verib, Peyğəmbərin (s) risalətini təsdiq etməkdir. Tövhidi nübuvvətlə birləşdirərək, bizləri ubudiyyətə çatdırır. Həmd edərkən cəmin dili ilə ubudiyətimizi bəyan edirik. Ancaq təşəhhüddə fərdi olaraq bəndəliyimizi bildiririk. Bəlkə də ona görədir ki, hər kəs agahlıq və dərin etiqada malik olaraq, bu şəhadətləri deməlidir. Allahla və Peyğəmbərlə (s) olan beyətini bu şəhadətlə təzələməlidir. (İslami saytlara istinadən) Deyerler

baxılma sayı: 276