Dəstəmazlı olmağın insana nə belə faydaları vardır?

Daima dəstəmazlı olmaq elə bir tofiqdir ki, əgər Allahın lütfü ilə insana şamil olarsa, çox sayda bərəkətə malik olar. Dəstəmaz üstünə dəstəmaz almaq - insanın Allaha olan diqqətini artırar. İnsana zikr yolunu açar. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Dəstəmaza riayət etməz, məgər mömin”.
Dəstəmazlı olmağın gətirdiyi faydalar:


1. Bütün bədən pak olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmaz alan zaman Allahın zikrini edərsə, bütün bədəni pak olar”. İnsan o zaman ki, dəstəmaz alar üzü, qolları, başı və ayaqaların üstündəki hiss orqanları təhrik olar. Baxmayaraq ki, bədənin ancaq 20%-i islanır, ancaq alan 80% təhrik olunur. Əgər insan dəstəmaz almaq yerinə bütün bədənini yusaydı, dəstəmaz qədər təhrik olmazdı. İmam Sadiq (ə) buyurur: “Hər kim dəstəmaz alan zaman Allahın zikrini deyərsə, sanki qüsl almışdır”.
 

2. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, namazqılan dəstəmaz alar, ardınca çox sayda bərəkəti olar. O zaman ki, üzünü yuyar, günahın təsiri simasından silinər. O zaman ki, iki qolunu dirsəyə qədər yuyar, əlləri vasitəsilə gördüyü günahlar aradan gedər. O zaman ki, başına məsh çəkər, başı vasitəsilə gördüyü günahlar silinər. O zaman ki, ayaqlarına məsh çəkər, ayaqlarının yardımı ilə etdiyi günahlar aradan gedər. Əgər dəstəmazı başlayan zaman بسم الله الرّحمن الرّحیم» (“Bimilləhir-Rahmənir-Rahim”) deyərsə, bütün bədən üzvləri günahdan pak olar”.
 

3. Duaları qəbul olar.
4. Ruzisi artar. İmam Sadiq (ə) buyurur: “Hər kim mənzilinin xeyir və bərəkətini artırmaq istəyirsə, yemək yeyən zaman dəstəmaz alsın”.
Həzrət (ə) yenə buyurur: “Dəstəmaz və yeməkdən əvvəl və sonra (əl və üzü yumaq) ruzinin artmasına səbəb olar”.
 

5. Diqqəti artırar. Mütaliə etməzdən əvvəl alınan dəstəmaz diqqəti artırar. Çünki insan dəstəmaz alan zaman ən çox qıcıqlanan beyin olur. Hər nə qədər onun təhriki çox olarsa, yuxuluq və tənbəllik insandan uzaq olar. İmam Sadiq (ə) buyurur: “Hər kəs dəstəmaz alar və dəsmalın vasitəsilə dəstəmaz yerlərini silərsə, onun üçün bir həsənə yazılar. O kəs ki, dəstəmaz alar və səbir edər ki, üzü və əlləri özü qurusun, onun üçün 30 həsənə yazılar”. Belə ki, insan o zaman ki, soyuq su ilə dəstəmaz alır və sonra da onu silmirsə, daha çox təhrikə yardım etmiş olur. Soyuq su isti suya nisbətən hiss orqanlarını daha çox təhrik edər. Əgər bu suyu silməsək, həmin təhrikin zamanını uzatmış olarıq.
 

6. Ömür artar. Həzrət Peyğəmbər (s) buyurur: “Çalış təmiz və dəstəmazlı olasan ki, Allah ömrünü artırsın”.
7. Dəstəmaz alıb yatmaq ibadətdir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar yatağı onun üçün məscid olar və yuxusu (o kəsin savabına malik olar ki) namaza məşğul olan halda gecəni səhər edər. Əgər kimsə dəstəmaz almadan yatarsa, yatağı onun üçün qəbir olar. Murdar kimi səhəri edər”.
 

8. Dəstəmazlı ölmək - şəhadətdir. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər gecə və gündüzü dəstəmazlı ola bilsən, bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhid olarsan”. Peyğəmbərimiz (s) yenə buyurur: “Qiyamət gününün sabahısı Alah Təala mənim ümmətimi başqa ümmətlərin içindən elə bir halda məhşur edər ki, dünyada aldıqları dəstəmaza görə üzləri ağ və alınları nurani olar”.  Dəstəmazı tez-tez təzələmək israf deyildir.  Dəstəmaz nurdur və onu davamlı yerinə yetirmək nurun üzərinə nur əlavə etməkdir. Deyerler.

baxılma sayı: 297