3 il təxirə düşən dua nə idi?

Həzrət İmam Sadiq (ə) nəql edir: “Bir gün İbrahim Xəlil Beytul-müqəddəsin ətrafında qoyunlarını otarmaq üçün yer axtarırdı. Bir insan səsi eşidir və bu səsin dalınca gedir. Qoca bir kişini namaz qılan halda görür. Soruşur ki, ey Allahın bəndəsi, kimin üçün dua edirsən? Cavab verdi ki, Allah üçün. Soruşur ki, qohumlarından, ailəndən kimsə varmı? Cavab verir ki, yox.

Həzrət İbrahim (ə) soruşur ki, bəs yeməyi harada yeyirsən? Bir ağac göstərir və deyir ki, bu ağacın meyvəsindən. Qış üçün isə yığıb, saxlayıram. Həzrət İbrahim (ə) soruşur ki, bəs məskənin haradadır? Bir dağı göstərir və deyir ki, məskənim oradadır.

Deyir: “Məni evinə apara bilərsən?” Qoca cavab verir: “Evimin qarşısında böyük bir su var və sən oradan keçə bilməzsən?” Soruşur: “Bəs sən necə keçirsən? “Cavab verir: “Suyun üzəri ilə”. Soruşur: “Mənim də əlimi tut və ümid var ki, Allah mənə də sudan keçmək üçün qabiliyyət verər”.

Qoca Həzrət İbrahimin (ə) əlini tutur və hər ikisi suyun üzəri ilə keçirlər. Evə çatan zaman İbrahim (ə) soruşur: “Hansı gün ən böyük gündür?”. Qoca cavab verir: “Qiyamət günü, Allah o günü insanların əməlinə görə mükafat verəcəkdir. Yaxşı olar ki, bir yerdə həmin günün şərindən uzaq olmaq üçün dua edək”. Qoca dedi: Duanı nə edirsən? Allaha and olsun ki, üç ildir dua etmişəm və hələ də yerinə yetməmişdir”. İbrahim (ə) dedi: “İstəyirsən duanın niyə yerinə yetmədiyini sənə deyim? Allah bəndəsini sevən zaman duasının yerinə yetməsini təxirə salar ki, Mövladan daha çox dua istəsin. Çünki dua etməsini sevər. Ancaq o bəndəyə ki, Allah qəzəblənib, əgər bir şeyi istəyərsə, ya hacətini yerinə yetirməkdə əcələ edər, ya da qəlbini bu duanı istəməkdən uzaqlaşdırar. Sənin hacətin nə idi?”.

Qoca dedi: “Üç il əvvəl buradan qoyun sürüsü keçirdi və xoş üzlü, başının iki tərəfində saçı olan bir cavan qoyunlara çobanlıq edirdi. Ondan soruşdum ki, bu qoyunlar kimindir?” Dedi: “İbrahim Xəlilin”. O gündən dua etdim ki, Allahım! Əgər yer üzündə xəlilin varsa, mənə nişan ver. İbrahim dedi: “Duan qəbul oldu. Mən İbrahim Xəliləm”. Qoca ayağa qalxdı və İbrahimi qucaqladı”. Deyerler.

baxılma sayı: 260