Bu surəni oxumaq: Xəstəliyi yaxşılaşdırar, borcu qaytarmağa faydalıdır, ruzini artırar?!

“Təlaq” surəsi Quranın 65-ci surəsidir ki, Mədinədə nazil olmuşdur və 12 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: “Hər kim “Təlaq” surəsini oxuyarsa, Peyğəmbər (s) sünnətinə sadiq halda öləcəkdir”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Təlaq” və “Təhrim” surələrini namazlarında oxuyarsa, Allah Qiyamət günü onu qorxudan, qəmdən amanda saxlayar, atəşə düşməkdən azad edər, onu bu iki surəni oxuduğu üçün behiştə daxil edər”. (Tebyan)

“Təlaq” surəsinin bərəkətləri:

1. Xəstəliyin yaxşılaşması. Hədislərimiz buyurur ki, bu surəni oxumaq xəstəliyi yaxşılaşdırar və borcu qaytarmaq üçün faydalıdır.

2. Ruzini artırar. Ruzini artırmaq üçün bu surəni 3 dəfə oxuyun.

3. İşlərin sahmana düşməsi. Hər gün bu surənin 2-3-cü ayəsini oxumaq işlərin sahmana düşməsinə səbəb olar.

4. Çətinliklər aradan qalxar. Bu iki ayə Quranın ən səfalı ayələrdəndir ki, ürəklərə rahatlıq toxumu səpər. Həzrət Peyğəmbər (s) buyurur: “Mən Quranda ayə tanıyıram ki, əgər bütün insanlar onun ətəyindən yapışsalar, çətinliklərinin həll olması üçün kifayətdir”. Sonra bu iki ayəni (“Təlaq” surəsinin 2-ci və 3-cü ayəsini) 3 dəfə tilavət etdi. Deyerler. 

baxılma sayı: 277