Həzrət Məhəmməddən (s) nadir və bənzərsiz hikmətli kəlamlar

Həzrət Peyğəmbərdən (s) bənzərsiz hikmətli kəlamlar:

1-Quran (bəşəriyyətin dərdinə) dərmandır. dua ibadətin həqiqətidir. borc zillətdir. tədbir həyatın yarısıdır.

2-Ağılın afəti səfehlikdir. ibadətin afəti süstlükdür. şücaətin afəti zülm etməkdir. səxavətin afəti minnət qoymaqdır. gözəlliyin afəti özünübəyənmə və təkəbbürdür.

3-Sədəqə pis ölümün qarşısını alar. gizli sədəqə allahın qəzəbini söndürər. sileyi-rəhm ömrü uzadar. yaxşı işlər pis ölümlərin qarşısını alar. sədəqə, su odu söndürdüyü kimi əzab atəşini söndürər.

4-Həsəb-nəsəbin (əsil-nəcabətin) afəti iftixar etməkdir. dinin afəti nəfs istəklərinə tabe olmaqdır. xoşbəxt odur ki, başqalarının başına gələnlərdən ibrət alsın. günahın kəffarəsi peşman olmaqdır. cümə namazı kasıbların (yaxud həccə getməyə imkanı olmayanların) həccidir.

baxılma sayı: 313