Buna inan və daxili təskinlik əldə et?!

İnsan üçün ətrafdakıların münasibəti, tərifi ya təhqiri əhəmiyyətlidirsə, demək, hələ ki Allahın münasibətinə önəm vermir. Əsil mömini özü kimi yaranmışların tərifi sevindirmir, təhqiri üzmür. Əsil momin hər yerdə özünü Allahın hüzurunda görür. Hamınızın bildiyi məşhur əhvalatda deyildiyi kimi:


Bir alim öz tələbələrini qaldırıb, onların hərəsinə bir quş verdi və dedi ki, bu quşları elə bir yerdə kəsin ki, sizi heç kəs görməsin. Onların hərəsi bir xəlvət yer tapıb, quşları kəsdilər və gətirib ustada göstərdilər. Yalnız bir tələbə quşu diri halda qaytarıb gətirdi və alimə dedi: Mən elə bir yer tapa bilmədim ki, orada vahid və yeganə Allah məni görməsin!

baxılma sayı: 307