Loğman (ə) buyurur: Dünyanın 3 əsl ləzzəti: Yaxşı yemək, rahat yataq və gözəl ev" bu sözün açması varmı?

Bir gün Loğman oğluna müraciətlə dedi:
-Sənə 3 tövsiyəm var, əməl etsən xoşbəxt olarsan. Əvvəla, dünyanın ən dadlı xörəklərindən ye. İkincisi ən rahat yataqda yat. Üçüncüsü, ən gözəl evdə yaşa.
Oğlu atasına təəccüblə baxıb dedi:
-Ata, axı biz yoxsul bir ailəyik, sənin dediklərin bizim üçün xəyaldır.
Loğman gülümsündü:
-Əgər bir az gec və bir qədər az yesən, yediyin xörək sənin üçün ən ləzzətli xörək olacaq. Əgər çox işləyib bir qədər gec yatsan, inan ki, yatağın ən rahat yataqdır. İnsanların qəlbində yerin olsa, dünyanın ən gözəl mənzilinə sahib olmusan. haqqYolu

baxılma sayı: 326