Həzrət Mühəmməd Peyğəmbər (s) hansı surəni Quranın üçdən-bir hissəsi adlandırırdı?

Bu, Quranın 112-ci surəsidir, 4 ayədən ibarətdir. Surənin adı “İxlas”dır, ilk başladığı sözə uyğun olaraq, onu “Qul huvəllah” da adlandırırlar. Bu surədə Allahın təkliyindən, şəriksiz və ehtiyacsız olmasından, doğub-doğulmamasından və bənzərsizliyindən danışılır. Müsəlmanlar gündəlik həyatda bu surədən tez-tez, özü də adətən, Fatihə surəsi ilə birlikdə istifadə edirlər. Məsələn, namazın birinci və ikinci rükətlərində, həmçinin, rəhmətə getmiş şəxsin ruhuna hədiyyə olaraq Fatihədən sonra İxlas surəsini oxuyurlar. Peğəmbərimiz (s) İxlas surəsini Quranın üçdən-bir hissəsinə bərabər tutur və buyururdu ki, kim bu surəni 3 dəfə oxusa, bütöv Quranı oxumuş kimi savab qazanar. ixlas. 

baxılma sayı: 262