Ayətullah Seyyid Höccət Kuhkəmərinin ibarətamiz xüms dastanı!

Bir gün dərziliklə məşğul olan yaşlı və dul bir qadın xümsünü vermək üçün Ayətullah Seyyid Höccət Kuhkəmərinin yanına gəlir. Xümsü seyyidin önünə qoyduqdan sonra başlayır diqqətlə seyyidin üzünə baxmağa. Yaşlı qadının bu hərəkətindən təəccüblənən Seyyid qadından bunun səbəbini soruşur. Qadın isə cavabında belə deyir:
-Diqqətlə üzünə baxıram ki, sürətin zehnimdə yaxşıca qalsın. Qiyamət günü Allah xümsünü kimə verdin deyə soruşanda deyim ki, bu seyyidə verdim. 
Qadının bu sözünü eşidən seyyid ağlayaraq verdiyi bu dərsə görə qadına təşəkkür edir....
Qeyd: Həqiqətən də qadının bu hərəkəti yalnız dərs və yadasalmaq üçün idi. Bu hərəkətiylə əslində seyyidə demək istəyir ki, xümsü hara xərcləyəcəyində diqqətli ol. Seyyid də onun bu məqsədini anladığı üçün məsuliyyət hissini dərk edərək ağlamağa başladı. Bu böyük seyyid Qumdakı "Höccətiyyə" mədrəsəsinin banisi və məşhur arif Rəcəbəli Xəyyatın dövrünün müctehidləri arasında ən təqvalı olduğu üçün özünə təqlid-mərcəyi seçdiyi kəsdir. Allah ruhunu şad etsin.

baxılma sayı: 260