Maraqlı və ibrətli hadisə.

Seyyid Ustad Fatiminiya Ağa buyurur.

"Mən and içən adam deyləm.Amma sizə baxıram ürəyim yanır, məcburam and içim. Ağalar, xanımlar, and olsun Həzrət Zəhraya xasiyyətiniz yumuşalmasa, incəlməsə mənəvi aləmdən bir şey əldə edə bilməyəcəksiniz. Özününzü boş yerə yormayın.Əgər gündə evdə bir neçə dəfə əsəbləşib zəhərə dönürsünüzsə o biri tərəfdən də ürfani kitablar oxuyur, mənəvi bir dərəcəyə çatmaq istəyirsinizsə alınan şey deyil.Əllamə Təbatəbai xasiyyətini o yerə qədər incəltmişdi ki, heç vaxt heç kimlə dava etməzdi. Bir gün Qumda yol gedirdik. Bir dəstə uşaq velisopedlə o tərfə bu tərəfə şütüyür, əylənirdilər. Necə oldusa uşaqlardan biri gəldi velisopedlə Əllaməni vurdu aşırtdı. Biz olsaydıq, nə qədər yaxşı adam olsaq belə qalxıb uşağa bir söz deyər, acıqlanardıq. Amma Əllamə durdu ayağa əvvəl getdi uşağı qaldırdı. Soruşdu sənə bir şey olmayıb, əzilməmisən? Uşaq dedi yaxşıyam. Əllamə şükür edib uşaqla xudafafizləşdi və yoluna davam etdi."

Allah Seyyid Əllamə Muhəmməd Hüseyn Təbatəbai Təbrizi Ağanın qismində bütün dünyasını dəyişən gözəl insanlara rəhmət etsin.

baxılma sayı: 319