Ustad Fatiminiya buyurur: Əllamə Əmininin Həzrət Əlidən (ə) həyata keçən xahişi olub!

Əllamə Əmininin Həzrət Əlidən (ə) xahişi.

Məsumların, övliyaların Allah yanında məqamları, bu dünya üzərindəki müəyyən təsərrüfləri bir sirr olaraq qalır, bizə tam məlum deyil. İbn Xəldun kimi böyük şəxsiyyət özünün məşhur "Əl-müqəddimə" əsərində əksər inanclara, xürafatlara qarşı çıxır, amma övliyalar haqqında ən yaxşı halda susur, çox vaxt "Allahu -ələm" deyib keçir. Onların məqamı bizə məlum deyil, "mən də bilmirəm bu nədir" deyib keçir.

Ustad Abdullah Fatiminiya Əllamə Əmini haqqında qəribə bir əhvalat nəql edir:

Əllamə Əmininin zamanında İraqın təhsil nazirinin qızı ağır xəstəliyə tutulur. Qızın müalicəsi üçün, demək olar ki, bütün imkanlar işə salınır. Xaricdən həkim heyəti də gəlir, qızın özünü də xaricə müalicəyə aparırlar, amma deyəsən leykoz, filan kimi ağır diaqnozla bu xəstəliyin müalicəsinin mümkün olmadığını bildirirlər. Ailənin əli hər yerdən üzülür. Ata ürəyi dözmür, hardan ağlına gəlir, nə eşidirsə, durub Əllamə Əminiyə bir məktub yazır. Məktubda yazılır: Sizin Həzrət Əliyə olan hədsiz məhəbbətiniz, xidmətinizi eşitmişəm. Ömrünüzü onun yolunda əritmisiniz. Mənim qızım hal-hazırda ölüm ayağındadır, sağalmaz xəstəliyə düçar olmuşdur. Görəsən, Həzrət Əlinin əlindən bir iş gələr?

Əllamə Əmini məktubu alır, oxuyan kimi qələmi götürüb yazır:

"Bismillahir-rəhmanir-rəhim. Allah-Taala Həzrət Əlinin hörmət və bərəkəti xatirinə sizin qızınıza şəfa verdi!"

Məktubu aparıb poçta verir, özü isə ordan birbaşa yollanır Həzrət Əlinin hərəminə. Hərəmə daxil olub Həzrətə belə deyir: "Sizdən bir şey xahiş etmişəm, həvalə yollamışam. Siz məni üzüqara etməyin!!!

Şahidlər söyləyir ki, məktub nazirə çatan kimi, qızın başının üstündə açıb oxuyurlar və bu zaman qız qalxır ayağa, şəfa tapır. islamaz.com. 

baxılma sayı: 197