Xızr Nəbi (ə) İmam Əlinin (ə) görüşünə gəlir!

  Xızr(ə)ın Hz.Əlinin(ə) görüşünə gəlməsi... İbni Şəhraşub, Əbdullah ibni Həsən ibni Həsəndən,o da Bədrənidən belə rəvayət edir: Əli(ə) Küfə məscidində idi. Birdən ağ saqqallı,ağ paltarlı bir şəxs qiblə qapısından daxil olub Əli(ə)a tərəf getdi.Onun ardınca bir neçə nəfər də gəldi. İmam ƏLİ (ə) onlara buyurdu: Nə üçün bu şəxsin ardınca gəlirsiniz?

 Dedilər: Onun sizə tərəf gəldiyini gördük,sizi narahat edəcəyindən qorxduq. Hz.Əli(ə) buyurdu: Gedin ! Allah sizə rəhmət eləsin! Məni yer əhlindən qoruyursunuz, bəs məni asiman əhlindən kim qoruyacaq? Hamı bir yerə yığışıb sakit dayandılar.

 İmam Əli(ə) o şəxslə söhbət etdi, sonra o kişi dedi: Ya Əmirəl Möminin ! Həqiqətən xilafət sizə məxsusdur! Bu qövm yerinizi və məqamınızı qəsb etmiş,sizin yerinizə xilafət kürsüsündə oturmuşlar.Allah-taala onlara şiddətli əzab verəcəkdir.Sizin şiyələriniz üçün axirətdə çoxlu məqamlar vardır.Siz vəsilərin sərvəri,Peyğəmbərlərin sərvərinin qardaşısınız.

  Bundan sonra 12 İmamın(ə)adını çəkdi və sağollaşıb gedəndə Hz.Əli(ə) ona buyurdu: Bir hikmət de ! O dedi: Allah dərgahına yaxınlaşmaq məqsədi ilə varlının yoxsul qarşısında təvazökarlıq etməsi necə də gözəldir! Hz.Əli(ə) cavabında belə buyurdu: Ondan da yaxşısı budur ki, fəqirlər Allah-taalaya təvəkkül etsinlər. O kişi dedi: Ey Allahın qalib Aslanı bu cümlən gərək qızıl suyu ilə yazılsın !

Sonra əlini Hz.Əliyə(ə) göstərdi.Əlində yaşıl rənglə belə yazılmışdı: “ Həqiqətən ölü idim, sonra dirildim. Ölməyim çox yaxındır, belə isə, Özün mənim üçün əbədiyyət evində bir ev tik! “ Hz.Əli(ə) qayıdaraq Həsən(ə) və Hüseyn(ə)a buyurdu: Bu kişini tanıdınızmı? Onlar dedilər: Xeyr, tanımadıq. İmam Əli(ə) buyurdu: Bu, qardaşım XIZR idi...

baxılma sayı: 292