Küsən zaman necə rəfar etmək daha məsləhətlidir?

Yəqin ki, belə düşünürsünüz ki, ailə münaqişələrinin bitməsini ancaq yuxunuzda görə bilərsiniz. Bir müddətdir ki, qərar almışam ailə münaqişələrini səngidim. Ancaq hər nə edirimsə, nəticəsiz qalır.

Bəs nə edim?

1. Səbir etməyi bacarın. Mübarizə edən zaman özünüzə söz verin ki, qarşı tərəfə təzyiqlər göstərməyəcəksiniz. Hətta əgər o, sizə təzyiq göstərsə, bir müddət meydanı tərk edin ki, vəziyyət sakitləşsin. Belə hallarda səbir etməyi öyrənin.

2. Rabitə tərzinizi dəyişin. Dava edən insanlar adətən böyük enerji sərf edərlər. Siz bir qədər tərzinizi dəyişin. Bir qədər sükut edin və hövsələ göstərin. Qarşı tərəfə qulaq asın və baxın görün ki, o, sizə nə demək istəyir. Onun tərəfindən bu məsələyə baxmağa çalışın. Ona cavab vermək istəyəndə səsinizi qaldırmayın. Bu zaman sakit görünərsiniz və qarşı tərəf də səy göstərəcəkdir ki, sözlərinizə qulaq versin. İnadını yerə atacaqdır.

3. Məntiqli olmağa çalışın. Sözlərinizin qəbul olmasını istəyirsinizsə, gərək məntəqli olasınız. Hisslərinizdən bir qədər uzaqlaşın. Bu zaman qarşı tərəf bir qədər sakitləşər və döyüş meydanından uzaqlaşar. Narahatlıqlarınız və sizi qəzəbləndirən mövzular haqqında düşünün.

4. Özünüzdən tez çıxmayın. Bəzən insan məsələnin nə yerdə olduğunu bilmədən, özündən çıxır. Qarşı tərəfə münasib olmayan reaksiyalar verir. Əksinə, əgər qarşı tərəfə fürsət versəniz ki, olanları sizə başa salsın – bu zaman məsələni kamil şəkildə dərk edərsiniz. Adətən insanlar o zaman dava edirlər ki, ya intiqam almaq istəyirlər, ya da məsələni həll edə bilmirlər. Güzəşt etməyə və bağışlamağa çalışın.

5. Qulaq asmağa çalışın. Biz insanlar eşidilməyi sevirik. Ancaq özümüz eşitməyi bacarmırıq. Ailə davalarındakı əsl problem – hər iki tərəfin bir-birini eşitmək istəməməsidir. O zaman ki, qarşı tərəfə yaxşı qulaq asmırıq, ancaq eşitmək istədiklərimizi eşidirik və ola bilsin ki, qarşı tərəfin söylədiklərindən ancaq bir söz bizim üçün mühüm olsun. Bu da bizi qəzəbləndirməyə kifayət edər.

6. Xanımlar, küsməyin. Adətən xanımlar davadan sonra küsməyi sevirlər. Onlar üçün qəzəbin ən ağır forması – küsməkdir. Küsülülük rabitəni soyudur və ağırlaşdırır. Siz davadan sonra həyat yoldaşınızı bir müddət tənha buraxın, ancaq küsməyinə imkan verməyin.

7. Barışmağın zamanını düzgün seçin. Dava edəndən sonra barışmağın zamanını düzgün seçmək lazımdır. Ərlə arvad gərək həyəcanlarını yatızdırmaq üçün bir-birinə fürsət versinlər. O zaman ki, həyəcanlı və qəzəblidirlər, beyin lazım olan kimi işləmədiyinə görə fikirləşməyən rəftarlar nümayiş etdirərlər. Bu halda barışmaq olmaz. Bəlkə sakitləşmək lazımdır ki, həyəcanlar yatsın və beyin düzgün işləsin.

Bu deyilənlər o zaman təsirli olar ki, hələ dava meydanına daxil olmamısınız. Əgər davaya başlamısınızsa, o zaman ondan əl çəkmək çətin olacaqdır. /Deyerler.

baxılma sayı: 159