Namazını tələsik qıldı! Soruşana dedi: Mən üsyankar deyiləm!!

Həşr surəsinin 19-cu ayəsində Allah-Taala buyurur: “Allahı unudanlardan olmayın!”

 

Bir gün mərhum Axund Kaşi dəstəmaz almaqla məşğul idi. Tələsik halda bir şəxs gəlib dəstəmaz alaraq məscidə girdi və namazını qıldı.

Mərhum Kaşi dəstəmaza aid olan bütün qaydalara riayət edərdi, onun dəstəmazı qurtarana kimi tələsik halda namaz qılan şəxs məsciddən çıxdı və Mərhum Kaşi ilə üzləşdi. Axund Kaşi ona dedi: Nə iş gördün? Dedi: Heç bir şey. Axund dedi: Sən heç bir şey görmədin?! Şəxs axunda cavab verdi: Yox heç bir şey.

Mərhum Kaşi dedi: Mən özüm gördüm ki sən namaz qılırdın?!

Şəxs dedi: Ağa sən səhv görmüsən!? və davamında tələsik namaz qılan Axunda bir cümlə dedi, bu söz ona çox təsir etdi?! 

Tələsik bəndə Axunda dedi: "Mən məscidə gəlmişdim ki, Allahıma deyəm: Mən üsyankar bəndə deyiləm və Allahım Səni hər yerdə yad edirəm. Elə bu ..."

  

Tələsik şəxsin bu sözü Axunda çox təsir etmişdi. Hər zaman ki Axundun halını soruşan olsaydı, deyərdi: “Mən üsyankar bəndə deyiləm. Allahım mən və dostlarım sənə qarşı üsyankar deyilik. “Allahım” Bəndəyik əgər səhv etdiksə cahilliyimizə hesab et. Səndən diləyirik ki, bizdən elə bu iqrar və etirafımızı qəbul et!

 hazırladı: Yusif Əliyev".

baxılma sayı: 315