Ali-Əbaya hədiyyə olaraq qılınan namazların necəliyi

Ali-Əba (Mübahilə dastanın qəhrəmanları olan) 5 nəfərə hədiyyə namazı qılmaq çox tövsiyə olunub. Böyük alimlər xüsusi ilə Şeyx Səduq və Seyyid ibn Tavus İmam Sadiq və İmam Rizadan (ə) rəvayətlər nəql edirlər ki, o hədislərdə Ali-Əbaya hədiyyə namazının keyfiyyəti deyilir:

1)İslam peyğəmbərinə hədiyyə namazı.
Seyyd ibn Tavus İmam Rza (ə) – a əsaslanaraq buyurur: Hər gün, xüsusən cümə günü qılınar. İki rükətdir. Hər rükətdə bir dəfə Fatihə və on beş dəfə Qədr surəsini oxu. Həmçinin, rukuda və rukudan qalxanda, hər iki səcdədə və hər iki səcdədən baş qaldıranda da, on beş dəfə Qədr surəsini oxu. Sonda təşəhhüd və salam deyib, namazı bitir.

2)İmam Əli (ə) – a hədiyyə namazı.
Şeyx Səduq və Seyyid ibn Tavus İmam Sadiq (ə) – dan söyləyirlər: Namaz dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Hər rükərtə bir dəfə Fatihə və əlli dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salam deyib, namazı bitir.

3)Fatimeyi Zəhra (s.ə) – a hədiyyə namazı.
İki rükətdir. Birinci rükətdə bir dəfə Fatihə, yüz dəfə Qədr surəsini oxu. İkinci rükətdə, bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

4)İmam Həsən (ə) – ın namazı.
Cümə günü qılınır. Dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Hər rükətdə bir dəfə Fatihə və iyirmi beş dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

5)İmam Hüseyn (ə) – ın namazı.
Dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Hər rükətdə əlli dəfə Fatihə və əlli dəfə İxlas surəsini oxu. Rukuda, rukudan qalxanda, hər iki səcdədə, hər iki səcdədən baş qaldıranda on dəfə Fatihə və on dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

baxılma sayı: 331