Namazda artırılan və ya azaldılan əməllərə görə səcdeyi-səhv necə edilir?

Səcdeyi-səhv

1-Səcdeyi-səhvin vacib olduğu hallarda, məsələn dördlə beş rəkət arasında oturan halda şəkk qarşıya gəldikdə, namazın salamından sonra səcdəyə gedib belə demək lazımdır. “Bismillahi və billah, əllahummə səlli əla Muhəmmədin və aliMuhəmməd”.

Daha yaxşı olar ki, belə deyilsin: “Bismillahi və billah, əssəlamu ələ ykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh”.Sonra qalxıb oturmalı, yenidən ikinci dəfə səcdəyə getməli və həmin zikrləri təkrar etməlidir. Daha sonra oturub təşəhhüd və salamı oxumalıdır.

2-Səcdeyi-səhvdə təkbirətul-ehram yoxdur. "Din təlimi kitabından"

baxılma sayı: 202