Namaz vaxtlarının hökmləri

Namaz vaxtlarının hökmləri

1-Gündəlik namazlardan başqa namazların xüsusi vaxtları yoxdur, onların qılınması, hansı səbəblə vacib olubsa, o zamana bağlıdır.

Məsələn: Ayət namazı zəlzələ baş verməsi, gün və ay tutulması, yaxud müəyyən hadisələr zamanı, meyyit namazı müsəlman bir şəxsin dünyadan getdiyi zaman vacib olur. Bunların hər biri öz yerində geniş şəkildə bəyan ediləcəkdir.

2-Əgər namazın hamısı vaxtından əvvəl qılınarsa, yəni qəsdən namazı onun şəri vaxtından əvvəl başlasalar batildir.

Əgər namaz öz vaxtında qılınarsa, şəriət istilahında ona “əda” namazı deyilir.

Əgər namaz vaxtı keçəndən sonra qılınarsa, şəriət istilahında “qəza” namazı adlanır.

3-İnsanın namazı vaxtın əvvəlində qılması müstəhəbdir. Əvvəl vaxta nə qədər yaxın olsa, bir o qədər yaxşıdır. Amma onun təxirə salınması müəyyən səbəblərə görə, məsələn gözləyib namazı camaat ilə qılmaq istəsə, bu istisna olunur.

4-Əgər namazın vaxtı az olsa və onun müstəhəbb əməllərini yerinə yetirəcəyi təqdirdə namazın bir hissəsi qəzaya gedəcəksə, onun müstəhəbblərini tərk etmək lazımdır. Məsələn əgər qunut tutacağı surətdə vaxt keçəcəksə, qunut tutmamalıdır."Din təlimi kitabından".

baxılma sayı: 234