Uşaqlar nə zamandan namaz qılmalıdırlar?

Rəvayətlərdə uşaqların namaz qılmasına münasib yaş:

1-İmam Əli (Ə) buyurur: Övladlarınıza namaz qılmağı öyrədin. Onlar 8 yaşlarına çatanda onları bu ibadi əməli yerinə yetirməyə həvəsləndirib və məcbur edin. "Vəsail Əş-Şiə, cild: 3, səh: 12".

 

2-Uşağın namazla ünsiyyətdə olması:

Müaviyət ibn Vəhəb deyir: İmam Sadiqdən (ə) soruşdum: Uşağı nə zamandan (hansı yaşından) namaz qılmağa məcbur edək? Həzrət (ə) cavabımda buyurdular: "Uşağı namaza həvəsləndirin onların 6-7 yaş arasında olduğu vaxtda".

 

3-Ailəni namaz üçün durğuzmaq:

Peyğəmbər (s) buyurur: "Allahın rəhmət və bərəkəti olsun o kişiyə ki, gecəni oyaq qalıb Allahla minacat edə, eləcə də həyat yoldaşını bu dəyərli əmələ həvəsləndirə. Əgər oyandıra bilməsə (xanımın öncədən razılığı ilə) onun durması üçün sudan istifadə edə. Allahın rəhmət və bərəkəti olsun o qadına ki gecəni Allahla minacat etməklə keçirə və həyat yoldaşını bu əmələ məcbur edə. Əgər yoldaşı oyanmasa onu su ilə ayılda.". "Mizanul-hikmət, cild: 5, səh: 418".

baxılma sayı: 265