Namazda Azan deməyin hikmət və fəlsəfəsi

İmam Riza (ə) namazda azan deməyin hikmətini 4 mənada açıqlayır:

1-İbadətdən qəflətə düşən şəxsə xatırlatma,

2-ibadət zamanı işlə məşğul olanlar üçün vaxtın gəlməsini yada salmaq,

3-Kütləni Allahın bəndəliyinə çağırıb onları həvəsləndirmək üçün.

4-Azan tövhid, iman və islamın göstəricisi olaraq yaşadılır. "Mən la Yəhzuruhul Fəqih kitabı, c, 1, səh: 299".

 

Azanın bu hikmətlərindən əlavə düşüncə olaraq azanın deyilməsinə fəlsəfələr qeyd olunur:

1-Azanın deyilməsi qəlbə səfalıq və ruha şadlıq gətirər,

2-Azanın çağırışı möminlər üçün Allahla danışma vaxtının gəlişini elan etmək mənasındadır,

3-Azan demək mömin şəxsin böyük ibadətə təvazökarlıqla hazırlaşmağa dəvət etmək mənasındadır. 

4-İslamdan öncə xristianlar xüsusi zəngi səsə gətirməklə və yəhudilər isə xüsusi siqnallarla, və atəş pərəstlər isə alov qalamaqla insanları ibadət etməyə dəvət edirdilər. İslam isə azan namaz qılanlar üçün elan etdi bunun üçün ki gözəl sözlərlə müsəlmanları ümumi yer olan məscidə dəvət etsin. 

5-Azan insanı Allahı xatırlamağa gətirib çıxarır. Bu mənada ki, Allahu Əkbər Onun böyüklüyünə, la-ilahə illallah isə onun şəriksiz olmasını xatırladır. Hazırladı: Yusif Əliyev. 

baxılma sayı: 301