Namazın rüknləri (Yəni unudulması-arıtırılması hər halda namazı pozar) hansılardır?

Namazın rüknləri beşdir: 1-Niyyət-hansı namazı qıldığını bilməlidir. 2-Niyyətdən sonra əlini qulağına tərəf qaldırıb Allahu Əkbər demək. Yəni namaza başlamasını elan etməsi. 3-Qiyam. Yəni namaza başlayandan sonra ayaq üstə Həmd və ixlas surəsini oxumaq. 4-Rükü -qiyam halında oxunan surələrdən sonra əlini dizinin üstünə uzadaraq belini bir qədər əymək halətinə deyilir namazda. 5-İki səcdələr. hər rəkətin rüküsündan sonra iki səcdəsi var. Bu 5 rüknü namaz qılan şəxs istər bilərəkdən istər bilmədən azaltsa və ya artırsa namazı batil və yenidən qıldığı namazı düzgün şəkildə təzələməli və ya əgər namazın vaxtı gedibsə qəzalamalıdır.

baxılma sayı: 236