Niyə namazda salam veririk?

Bu üç salamdan məqsəd «ایها النبی، علینا و علی عبادالله الصالحین، علیکم» nədir? -Birinci salamdan məqsəd zahirən Rəsul əkrəmdir (s), -amma ikinci salamın " علینا و علی عباد الله الصالحین" və -üçüncü salamın " علیکم" mənası nədir? Qısa cavab Ərəb dili və ədəbiyyatına əsasən həm görüşəndə, həm də ayrılanda salam etmək olar. Bu üç salam hədislərdə zikr olublar, amma heç bir kəs bunları birlikdə vacib bilməyibdir. Bu salamların mənasını başa düşmək üçün onların mənasına diqqət etmək lazımdır: Tərcümə: - "Ey Peyğəmbər! Salam olsun sənə və Allahın rəhməti və bərəkəti". - "Aləmin Rəbbindən biz namaz qılanlara və onun yaxşı bəndələrinə salam olsun". - "Allahın salamı, rəhməti və bərəkəti siz möminlərə olsun". Bu tərcüməyə diqqət etməklə müəyyən olur ki, salamlarda olan şəxs əvəzlikləri kimlərə qayıdır. İmam Sadiq (ə) salamın mənası barədə buyurubdur: Namazın axırında salamın mənası amandır (rahatlıqla və təvazökarlıqla yerinə yetirən şəxs. Dünya bəlalarından onun üçün aman və axirət əzabından nicat vardır. Və salam, İlahi adlardan biridir. Ətreaflı cavabmam Sadiq (ə) salamın mənası barədə belə buyurubdur: "Namazın axırında salamın mənası amandır; yəni Allahın əmrini və Peyğəmbərin (s) sünnətini ixlas və təvazökarlıqla yerinə yetirən şəxs. Dünya bəlalarından onun üçün aman və axirət əzabından nicat vardır. Və salam, İlahi adlardan biridir"

baxılma sayı: 293