Allah Quranda müsəlmanı necə tanıtdırır?

Qurani-Kərim ayələri baxışında müsəlman şəxsin xasiyyətləri: 1-Onlar yez üzündə təvazökarlıqla gəzərlər. Furqan/63 2-Onlar qəzəblərini boğarlar və insanları bağışlayarlar. Ali-İmran/134. 3-Onlar boş şeylərdən üz çevirərlər. Muminun/3 4-Onlar ata-anaya of belə deməzlər. İsra/23 5-Onlar namazlarını xüşu içində və doğru qılarlar. Muminun/2 6-Onlar tənə edənlərin tənəsindən heç zaman qorxmazlar. Maidə/54 7-Onlar verdikləri sözlərində durarlar. Bəqərə/177 8-Onlar Rəsulları bir-birindən ayırd etməzlər. Bəqərə/136. 9-Onlar cahillərlə əsla mübahisə etməzlər. Furqan/63 10-Onlar iffətlərini qoruyanlardır. Muminun/5 11-Onlar zəkatı verənlərdir. Muminun/4 12-Onlar Allahın adı çəkiləndə qəlbləri titrəyər. Həcc/35 13-Onlar bolluqda və darlıqda mallarını Allah yolunda xərcləyərlər. Ali-İmran/134. Hazırladı: Yusif Əliyev.

baxılma sayı: 170