Məscidül-Həram və Məscidün-Nəbidə namaz

Möminlər bə’zi məsələlərə diqqət yetirsələr, münasib olar. “Urvətil-vüsqa”da deyilir: “Namazı məsciddə qılmaq müstəhəbdir. Məscidül-həram daha fəzilətlidir. Orada qılınan namaz milyon namaza bərabərdir. Ondan sonra Məscidün-nəbi gəlir. Orada qılınan namaz on min namaza bərabərdir; sonra isə Kufə məscidi gəlir. Orada qılınan namaz isə 1000 namaza bərabərdir; İmamların hərəmində namaz qılmaq müstəhəbdir. Bu hərəmləri Allah uca və abad istəmişdir ki, orada Allahın adı zikr olunsun. Olsun ki, hərəmlər məsciddən əfzəldir. Nəql olunur ki, həzrət Əlinin (ə) kənarında qılınan namaz iyirmi min namaza bərabərdir...” İki rəvayətdə İmam Sadiqdən (ə) Fatimənin (s) evində qılınan namaz haqqında soruşulur. Həzrət (ə) buyurur: “Fatimənin (s) evində qılınan namaz rövzədəki namazdan üstündür.” Rəvayətlərdən mə’lum olur ki, imam Sadiq (ə) dövründə həzrət Fatimənin (s) evində namaz qılınırmış. Amma həzrət Peyğəmbərin (s) qəbri hasarlandığından orada namaz qılmaq mümkün deyil.

baxılma sayı: 295