Təhlil, təsbih, təhmid nə deməkdir?

--Təhlil (la ilahə illəlah demək gündə 100 dəfə) Bir dəfə "La ilahə illəlah” demək üçün Cənnətdə bir ağac əkilir. Kim hər gün 15 dəfə "La ilahə illəlahu həqqən həqqa. La ilahə İlləllahu ubuduyyətən və riqqa. La ilahə illəllahu imanən və təsdiqa” desə Allahın nəzəri həmən şəxs Cənnətə gedənə qədər ondan kəsilməz. "La ilahə illəllahul məlikul həqqul mubin” (30 və ya 100 dəfə) deyən şəxsdən kasıbçılıq uzaqlaşar və ehtiyacsız olar. Peyğəmbər (s) buyurmuşdur: Evindən çıxarkən "Bismillah” sonra "La həvlə və la qüvvətə illa billah” 2 mələk deyər ki, sən qorundun. Əgər "Təvəkkəltu ələllah” da desə onda o mələklər deyər ki, sən işlərinə kifayət edərsən. Belə adamlara şeytan yaxınlaşmaz. Çətin bir işlə üzləşdikdə 7 dəfə "Bismillahir – Rəhmanir – Rəhim. La havlə və la qüvvətə illa billahil əliyyil əzim” deyin. Əgər işiniz düzəlməsə 70 dəfə deyin. --Təsbih (subhanəllah demək) İmam Sadiq (ə) buyurmuşdur: "Subhanəllahi və bihəmdihi subhanallahil əzimi və bihəmdih” deyən şəxs üçün Allah 3000 savab yazır, onun 3000 günahını bağışlayır, onun dərəcəsini 3000 dərəcə yuxarı qaldırır və onun dediyi sözlərdən Cənnətdə bir quş yaradır ki, o da daima Allaha zikr edər və bunların hamısının savabı həmən şəxsə yetişər. --Təhmid (Əlhəmdu lillah demək, şükr etmək) Kim səhər dörd dəfə "Əlhəmdu lillahi rəbbil aləmin” desə o günün şükürünü yerinə yetirmişdir. Kim "Əlhəmdu lillahi kəma huvə əhluh” (Allaha layiqincəsinə şükr olsun) desə mələklər onu yazmaqdan aciz qalıb deyərlər: - İlahi bizim qeybdən xəbərimiz yoxdur və sənə layiqincə şükürü yaza bilmirik. Allah buyurar ki, bəndəm necə deyibsə eləcə də yazın, onun savabı Mənim boynuma.

baxılma sayı: 201