Ayətullah Məzahiri: Namazda tənbəl olanın aqibəti xeyirli olmaz.

Ayətullah Məzahiri namazla bağlı gənclərə bəzi nəsihətlər verib. O, gənclərin namaza çox əhəmiyyət verməsini təkid edərək, namazda tənbəl olan şəxsin aqibətinin xeyirli olmayacağını deyib. Ayətullah, "Namaz qılmayanın" demirəm, çünki namaz qılmayan kəs əməli baxımdan uçuruma düşmüşdür.. Namazda tənbəl və süst olandan danışıram. Namazı kiçik görmək çox təhlükəlidir" söyləyib. Ayətullah Məzahiri daha sonra deyib: "Uca Allahın bizə verdiyi ilk əmr namazdır. Bütün dinlərin namazı olmuşdur. Amma İslam dininin namazı da özü kimi xüsusidir. Sizlər gündə ən azı on dəfə Allahdan "sizi, özlərinə nemət verdiyi kəslərin yolu olan, qəzəbinə düçar olanların və azğınların olmayan siratul-müstəqimə hidayət etməsini" istəyirsiniz. Yəni peyğəmbərlərin yoluna hidayət olmağı istəyərək, Allahın qəzəbinə düçar olmuşların və yolunu itirmişlərin yoluna düşməkdən də xilas olmağı istəyirsiniz. Yəni qayda-qanunlarına uyğun şəkildə qılınacaq bir namaz insanın aqibətinin xeyirli olacağının təminatı olduğu kimi, namazda tənbəllik etmək də aqibətin pis olmasına yol açır. Çünki qayda-qanunlarına uyğun şəkildə namaz qılan insan siratul-müstəqimdə getdiyi üçün gec-tez məqsədinə çatır. Çünki o, yola daxil olub. Amma namaz qılmayan və ya düzgün şəkildə namaz qılmayan kəs yola çıxmadığı üçün heç vaxt məqsədə çatmayacaq." ixlas.

baxılma sayı: 305