Namaz qılmamaq üçün 4 bəhanə

Namaz qılmayanların bəhanələri hansılardır sualına 4 əsasla cavablandırırıq: 1- Tənbəllik Əvvəla, "namaz heç bitmir, gündə beş dəfə ağır gəlir" kimi cümlələrin şeytanın bir pıçıldaması olduğunu bilməyimiz lazımdır. Unutmayaq ki, şeytan bizə ləzzətli, gözəl, mükafatı çox və əslində heç də ağır olmayan Allahın əmrlərini, çətin və əlçatmaz göstərir. "Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir." (Əraf, 200) Vəsvəsəni məğlub etməyin ilk addımı onun şeytandan gəldiyini bilməkdir. Bunu dərk edib, Allah sığınsaq və vəzifə kimi ibadətlərimizi yerinə yetirsək, Allah da bizə mütləq kömək edəcəkdir. Nəfsin dediklərini deyil həqiqətləri düşünmək lazımdır. Məsələn, "çox vaxt aparır" kimi görünən namaz, gündə cəmi bir saat edirsə, demək tənbəllik etməyin bir mənası qalmır. Bizlərə əbədi bir ömür vəd edən Allah üçün bir saat gərək çox görünməsin. Davamlı şəkildə eyni şeylər olduğu bəhanəsi ilə namazdan yorulan bizlər, hər gün yemək yeməkdən, su içməkdən, yatmaqdan, nəfəs almaqdan və s niyəsə yorulmuruq. Necə ki, bədənin ehtiyacları bunlardırsa, ruhun da ehtiyacı ibadətdir. Ehtiyacımız olan, bizim xeyirimizə bir məsələdən yorulmamaq lazımdır. Məhz bunları dərk edib, düşünüb tənbəlliyi azaltmaq yolunda addım-addım irəliləmək lazımdır. 2- Təxirə salmaq Əbədi olmayan bu dünya həyatımızda, xüsusən ibadətlər haqqında, "yaşlananda edirəm, bazar ertəsi başlayacağam, imtahandan sonra qılacağam" kimi bəhanələri özümüzdən eşidə bilirik. Ölüm saatımızı heç birimiz bilmirik və bu gecikdirmələrin də sonu yoxdur. Demək, bizə əmr edilən ibadətləri göstərilən vaxtlarda etməyimiz lazımdır. Hər an ölümün gələ biləcəyini unutmamalıyıq. Düşünək ki, bizlər bir xəstəxana görüşünü, dostlarla görüş tədbirlərini və s təxirə salmırıq, hətta yaddan çıxarmırıq. Bəs bizləri ən gözəl şəkildə yaradan Rəbbimizə qarşı olan səlahiyyətlərimizdə nə qədər həssasıq? 3- Xəstəlik Xəstəlik namaza maneə deyil. Hətta bədənin, ruhun zəif düşdüyü bu dövrdə bizlərə motivasiya və güc verir. İslamda məcburiyyət yoxdur, buna görə də xəstəlik kimi, bəzi hallarda bizə ibadətləri asanlaşdıran səlahiyyətlər var. Məsələn, ayaq üstə dura bilməyən xəstə namazı oturaraq qıla bilər. Otura bilməyən də yataraq işarə ilə qıla bilər. Bu qədər insanı və onun hallarını düşünənə qarşı vəzifələrimizi yerinə yetirmək də hamımıza vacibdir, çətin də deyil. Bundan başqa xəstəlikdən şəfa gözlədiyimiz Yaradanımıza qarşı çətin olmayan, əksinə, ruhumuzu və ürəyimizi qidalandıran ibadətlərə diqqət yetirmək vacibdir. Belə ki; "Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur". (Bəqərə, 286) 4- Mühit Namaz qıla bilməməyin ən geniş yayılmış bəhanələrindən biri də mühitdir. İş yerində, məktəbdə və s. "dəstəmazxana yoxdur", "təmiz deyil" kimi ifadələr olduqca məşhurdur. Unutmayaq ki, iman varsa, imkan da var. İnsan istəsə, hər mühitdə, hər yerdə namaz qılacaq yer tapa bilər. Maide.az

baxılma sayı: 289