Namazı bu cürə qılmayaq!

XVIII əsrdə yaşamış məşhur alim Seyyid Nemətullah Cəzairinin nəql etdiyi əhvalat "Bir nəfər eşidir ki, əgər adamın xalis niyyətlə qıldığı iki rükət namaz qəbul olsa, o adam cəhənnəm alovundan amanda qalar. Həmin şəxs Kufə məscidinə gedir ki, orada iki rükət namaz qılsın, bununla da günahlarını bağışlatsın. Məscidə daxil olub namaz qılmağa başlayır. Əvvəlcə hər şey yaxşı gedirdi. Amma namazın ortasında ağlına belə bir fikir gəlir: Bu ətrafda yaşayan və mənim kimi səhərlər iki rükət sübh namazı qılan adamlar görəsən yuxudan necə oyanırlar? Axı, bu məscidin minarəsi yoxdur ki, müəzzin buradan azan verib camaatı oyatsın? (O zamanlar Kufə məscidi minarəsiz idi). Bunun ardınca düşünür ki, əgər burada minarə tikilsə, görəsən, onun daşını, qumunu, kəcini haradan gətirmək olar? Bunun xərci nə qədər olacaq? Başlayır minarənin hündürlüyünə uyğun olaraq, lazım olan daşın, qumun və sairənin miqdarını hesablamağa. Sonra fəhlələrin zəhmət haqqısını da bura əlavə edir. Minarəni hansı şəkildə tikməyi, gövdəsini hansı naxışlarla bəzəməyi, şərəfəni (müəzzinin durduğu meydançanı) necə hazırlamağı da fikirləşir. Bütün işə sərf ediləcək vaxtı da müəyyən etməyi unutmur. Bir də ayılır ki, artıq namazın salamını söyləyib qurtarıb. Öz-özünə deyir: “Mən bura namaz qılmaq üçün gəldiyimi düşünürdüm, amma sən demə, minarə tikmək üçün gəlmişəm”. ixlas.

baxılma sayı: 255