Namazı batil edən işlər 7-dir.

Namazı qılan şəxs namaz arasında bu işlərdən çəkinməlidir: 1-Yeyib-içməkdən. hətta yeməkdən qalan ağızdakı qalıntıları belə udmamağa diqqət yetirmək lazımdır. 2-Qiblədən üzünü çevirmək. Qiblədən az miqdarda səhv durmağ namazı batil etməz. 3-Namazda namazın zikrlərindən başqa bir şeyləri bilərəkdən danışmaq. (Vacib salama cavab verməkdən başqa. hansı cümlə ilə salam veriibsə o cümlə ilə də cavab vermək vacibdir. Başqa cürə salam vermək namazı batil edər. 4-Namazda səsli gülmək. Gülümsəmək namazı batil etməz. 5-Namazda səsli ağlamaq ki səbəb ola dediklərini başa düşməyə. Allah qorxusundan sızıldamaq namazı batil etməz. 6-Namazın formasını qarışdırmaq. Misal üçün namazda hərəkət etmək. yerimək kimi. 7-Namazın rükn əməllərini artırmaq istər bilərəkdən istər bilmədən olsa belə. Misal üçün rükünü iki dəfə etmək namazı batil edər. Yusif Əliyev.

baxılma sayı: 352