Xanımına hörmət etdi İmam Zaman (ə) evinə qonaq gəldi!

Kişinin Qadınına hörməti haqda gözəl bir rəvayət:

Mərhum Ayətullah Müctəba Tehrani böyük alimdir. Rəvayət olunur:  O deyir ki, bir gün getdim məclisə məscidə xütbə etməyə. Gedəndə deyir xanıma dedim ki, evdə məsələn saat 10-da məclis qurtarır 10 tamam evdəyəm. 10-a qədər gözlə məni qapını bağlama. Yaşlı vaxtından danışır. Gəldim deyir məclis bir qədər uzun çəkdi. Elə oldu ki, 10 də gələ bilmədim, məsələn 11 də qayıtdım evə. Gəldim gördüm ki qapı bağlıdı, xanım da yatıb. Oturdum qapının ağzında dedim ki, mən demişəm saat 10-da gələrəm evə, amma saat 11-dir. Xanım yatıb qoy onu narahat eləmiyim. Əslində amma indi döysə qapını açar, bu da girər içəri. Çox dəqiq və düzgün adam və böyük alimlərdən idi.

Bir nəfər də deyir mən yoldan keçirdim gördüm ki, bir dənə əmmaməli, əba əynində bir nəfər oturub qapının ağzında daşın üstündə. Saxladım maşını, hava da soyuq idi, qar yağırdı. Saxladım deyir maşını görüm bu kimdir? Gəlib yaxınlaşdım gördüm ki, şəhərin İmam cüməsidi Ayətullah Müctəba Tehrani. Dedim ağacan niyə burda əyləşmisən? Gecənin bu vaxtı, hava soyuqdu, qarrı havadı keç evə?! Dedi ki, vəziyyət belədir. Xanıma demişdim 10-da qayıdaram. Biraz gec qayıtmışam. İndi yatıb istəmirəm, qapını döyüb onu narahat eliyim. İki dənə fikir var: Biri nəfsim deyir ki, burda oturma evin qapısını döy xanımın işi də budur qapını açmaq. ər evə gəlib də qapı açar. Heç bir şey yoxdur. Şəri baxımdan da bir işğalı yoxdur. Bunu nəfsim deyir mənə. Deyir burda oturma. Amma ikinci deyir Allahdan bir ilham gəlir ki, söz vermisən üstündə dura bilməmisən gözdə sübhə qədər, haçan oyanar özü açar qapını girərsən içəri. Mən deyir ikincisinə üstünlük verirəm. 
Çünki nəyisə əldən vermək istəmirəm. İnsanlar məqam sahibi olmağa gəliblər. Deyir biz bu söhbəti eliyirdik gördük xanım açdı qapını. Açdı qapını dedi: Ağacan niyə burda əyləşmisən gəl içəri. Yatmışdım. Yuxuda İmam Zaman (əc) ağanı gördüm. Dedi: Dur get Müctəba Tehrani oturub soyuqda qoyma otursun onu dəvət elə evə. 
Söz burasındadı ki, bizim nə qədər ki, imtahan anımız var, qarşımıza çıxır gərək bundan istifadə edək. İstifadə eliyə bilməsək itirəcəyik. İtirə-itirə gedəndən sonra ölüm yaxınlaşdı sonra peşimançılıq fayda vermir.

baxılma sayı: 257