İranda İslam İnqilabı edən şəxs 50 il gecə namazı qılmışdır!

İmam Xomeyninin (r) gecə namazı 50 il tərk olunmadı. İran İslam İnqilabının banisi olan Ruhullah Xomeyni xəstəliyində, məhbus olanda, sürgündə olanda həttə xəstəxanada əməliyyat zamanı da gecə namazını tərk etmədi. İmam Xomeynin (r) həyatını yazanların kitabından oxuyanda insan bu şəxsiyyətin haqqında olanlar haqda təəccüb edir. İmam Xomeyni (r) Din elm Hövzəsinin mərkəzi olan İranın Qum şəhərində xəstələnən zaman həkimlərin məsləhəti ilə Tehran xəstəxanasına keçirilməsi zəruri oldu. İmamı Tehrana aparan zaman Qum-Tehran havası çox soyuq və qarlı idi, yolları buz bağlamışdı. İmam Xomeyni (r) neçə saatlarla ambulansda qaldı. Xəstəxanaya çatdırılan zaman qəlbinin əməliyyatı başladılmışdı. Əməliyyatı tam qurtarmamış gecə namazına fürsət taparaq Allah qarşısında rəvayətlərdə çox tapşırılmış gecə namazı qıldı. İmam Xomeyni (r) Fransadan sürgündən vətəninə qayıdan zaman təyyərədə hamı yatmışdı. Yalnız rəhmətlik imam təyyərənin ikinci mərtəbəsində gecə namazı qılmaqla məşğul oldu. İmamın bu vəziyyətini təyyərədə görənlər deyirlər ki, imam təyyərədə namaz qılanda gözüyaşlı idi. Maraqlısı budur ki, rəhmətlik imam həmişə namaza dayananda üstünə ətir vurardı. Dastanlar kitabından, cild: 2, səh: 51.

baxılma sayı: 642