Yolçunun namaz haqqında imanlı çobanla ibrətdolu əhvalatı

Bir nəfər öz şəxsi maşını ilə səfərə çıxmışdı. Zöhr azanı vaxtı şəhərdən kənarda yolda çobanın bir təpənin üstündə namaz qıldığını gördü, qoyunlar da onun yanında otlamaqla məşğul idi. Bu səhnəni görməyindən ləzət aldı özünü çobana çatdırdı. Ondan soruşdu ki, nəyə görə sən namazını vaxtında qılırsan. Çoban: Mən qoyunlarımı çağıranda onlar mənim ətrafıma toplanır. "İndi Allah məni çağırırsa əgər Onun tərəfə getməsəm qoyunlardan da aşağı olaram...Səni namaz qılmağa tərəf apara bilməyən ayaqlar səni behiştə aparacağını gözləmə". Bu gözəl cümlədən çox ləzət aldım: gəminin suda olması təhlükəli deyil...amma suyun gəmidə olması təhlükəlidir..! Möminin dünyada olması təhlükəli deyil.. Amma dünyanın möminin qəlbində olması təhlükəlidir!. Diqqətə layiqdir..

baxılma sayı: 262