Gecə namazı qılmaqda güclü iradəyə sahib olmaq üçün tövsiyə olunan əməllər

Hər bir xeyir işi görmək və çirkin işlərdən uzaqlaşmaq üçün gərək o əməl yaxşı tanıtdırılsın. Yaxşı əməllərin faydaları haqda bilik artırmaq və günah işlərin tərki üçün onun ziyanları haqda düşünülsün. Yaxşı əməllərdən biri və insan həyatını dəyişən ibadətlərdən olan və İslam maarifində çox tapşırılan gecə namazı qılmaqdır. Gecə namazını qılmaq üçün güclü iradəyə sahib olmaq üçün aşağıdakı əməllər tövsiyə olunur: 1-Günahlardan uzaq durmaq, İmam Sadiq (ə) bu haqda buyurur: “Bir kişi gün ərzində yalan danışır o pis əməlin nəticəsində gecə namazı qılmaqdan məhrum olur. Gecə namazını əldən verməklə ruzinin çatmamasına və ya azalmasına şərait yaranır.”. Böyük əxlaq ustadlarından olan Mirza Əli Şirazi həzrətləri belə buyururlar: “Allah bəyənməyən əməlləri etməklə gecə namazından məhrum oldum və günah etdiyim əmələ görə gecəni Allahla raz-niyaz edə bilmədim.” 2-Gecə namazının fayda və əhəmiyyəti haqda biliyi artırmaq. - Quran ayələrinə diqqət edəndə görürük ki, gecə namazı o həddə Allah-Taala dərgahında ustün əməldir ki, seçilmiş əxlaq nümunəsi olan Peyğəmbərinə (s) bu gecə ibadətini vacib etmişdir. (İsra/79) - Gecə namazının çoxlu savab qazandıran əməl olması, Quranda qeyd olunur ki, gecə namazı qılmaq təqvalıların xüsusiyyətlərindəndir. “Zariayat/15-17”. - Möminlərin ən üstünü olan gecə namazına müvəffəq olar, -Gecə namazının Allah razılığını qazandıran əməl olması, Merac hədisində gəlmişdir: “İnsan nafilə və müstəhəb əməllərlə Allaha yaxınlaşar o həddə ki, Allah onu sevər. Bu ibadətdən sonra Allahı çağırsa cavabını eşidər. Allahdan bir şey istəsə ona verilər.” Usul-Kafi, cild: 2, səh: 352. Məad bölməsi 3-Gecə namazı qılanlarla get-gəl etmək, və eləcə də Allah övliyaların həyatı haqqında düşünüb, onların əməllərini oxumaq insan iradəsində təsir edici səbəblərdəndir. İmam Əli (ə) bu haqda buyurur: “Yaxşı dostların insanı saleh əməllərə çağırdığı qədər heç bir şey təsirli olmaz və insanın çirkin əməllərdən çəkindirməz.” namaz.ge

baxılma sayı: 303