Qiblənin hökmləri

1. Müsəlmanlar namazı üzü Kəbə evinə doğru qılamlıdırlar və buna görə də Kəbə evinə doğru olan səmtə "qiblə” deyilir. Təbii ki, Kəbə evindən uzaqda yaşayanlar üçün tam dəqiqliklə ona doğru dayanmaq qeyri-mümkündür. Odur ki, ürfdə "üzü qibləyə namaz qılır” deyilsə, kifayət edir. Diqqət:  Üzü qibləyə dayanmaq o deməkdir ki, insan, yer kürəsinin səthindən Kəbə evinə doğru dayansın. Beləliklə, əgər insan, yer kürəsinin elə bir nöqtəsində yerləşsə ki, bu nöqtədən Məkkəyə doğru dörd cəhətə xəyali xətlər çəkilsə və bu xətlərin hamısı eyni ölçüdə olsa, insan bu cəhətlərdən birini seçib o istiqamətdə namaz qıla bilər. Lakin əgər bir istiqamətdə çəkilən xətt digərlərindən qısa olsa və qiblənin hansı cəhət olması barədə fikirayrılığı yaransa, ən qısa xətt istiqamətində namaz qılmaq vacibdir.  İnsan müstəhəb namazları yol gedə-gedə və miniyə mindiyi halda qıla bilər və bu namazlarda üzü qibləyə dayanmaq şərt deyildir. 2. Namazqılan şəxs namaz qıldığı istiqamətin həqiqətən qiblə olduğuna əmin olmalıdır. hasil olsun, istər günəş və ulduzlar vasitəsilə, istərsə də digər vasitələrlə. Əgər yəqinlik hasil olmasa, hansı tərəfin qiblə olmasına daha çox ehtimal verirsə, o tərəfə namaz qılmalıdır. 3. Əgər qibləni müəyyənləşdirmək üçün heç bir vasitə olmasa və namazqılan şəxs də heç bir tərəfi qiblə güman etməsə, bu halda əgər dörd cəhətə namaz qılmaq üçün kifayət qədər vaxt olmasa, vacib ehtiyata görə qalan vaxt ərzində müəyyən istiqamətlərə namaz qılmalıdır. 4. Qibləni müəyyən edə bilməyən şəxs heyvanların kəsilməsi və s. bu kimi üzü qibləyə yerinə yetirilən işləri qiblə güman etdiyi tərəfə etməlidir. Əgər heç bir tərəfi qiblə güman etməsə, hansı istiqamətdə yerinə yetirsə, doğrudur. Diqqət:  Qibləni təyin etmək üçün "şaxis”ə (yerə taxılan çubuq) və ya qibləgöstərənə etimad etmək namazqılan şəxsdə yəqinlik hasil edəcəyi surətdə doğrudur. Yəqinlik hasil olduğu təqdirdə ona uyğun əməl edilməlidir. Əks təqdirdə, qibləni məscidlərin mehrabı və müsəlman qəbirləri ilə təyin etmək lazımdır.  Qibləni təyin etməkdə şaxisdən istifadə etməyin qaydası belədir: May ayının iyirmi beşi və iyul ayının on yeddisi Məkkə üfüqü ilə zöhr namazının vaxtı – belə ki, bu anda günəş düz bucaq altında Məkkəyə düşür – düz bir çubuqu hamar yerdə şaquli şəkildə yerə taxsaq, qiblə, çubuğun kölgəsinin əks istiqamətidir.

baxılma sayı: 274