İnsanda qəlbin paklığı kifayət etmirmi ki, namaz vacib olunmuşdur?!

Namazın insan üçün vacib olmasının səbəbləri: 1-Allah-Taala insan üçün hər hansı əməli vacib və ya qadağan etmişdirsə hikmət və insan xeyrinə iş olduğuna şübhə olunmamalıdır. Çünki Allahın 99 adından biri də həkim yəni məqsədyönlü işlər görən Allah. 2-Allah-Taala bəşər üçün namazı vacib etmişdirsə hikmətinin biri də budur ki, yaxşı və pis insanları bir-birindən ayırd etsin və onların qəlbinin Allah-Taalaya bağlılığının nə həddə olduğunu üzərə çıxarsın. 3-Qəlbin paklığının mənası nədir? İslam maarifinə nəzər saldıqda görürük ki, insanın yaxşı adam olması onun xoşbəxtliyi üçün kifayət etmir. Yəni namaz insanı günahlardan çəkindirir, namaz ruhu paklaşdırır, namaz şeytanı insanın xoşbəxt olacaq həyatından qovalayır, namaz insanı aşkarda və gizliində olan çirkin əməllərdən qoruyur, namaz insana güclü iradə bəxş edir, namaz Allahın rəhmətinin hər an nazil olmasına səbəb olur, namaz insanın xeyir işlər görməsinə yol açır, namaz insanı Allaha yaxınlaşdırır və eləcə də namaz insanın behiştə getməsinə ən böyük səbəb olaraq Quran və hədisdə vasitə olaraq tanıtdırılmışdır. Qəlbin paklığı əgər namazda olan bu müsbət təsirləri təmin edə bilərsə onda namaz qılmağa ehtiyac olmaz! Bir halda ki, pak qəlbli insanların vicdanları təsdiq edir ki, insan qəlbinin paklığı namazın faydalarını təmin etməkdə acizdir. Nəticə alırıq ki, insan qəlbinin pak olması iddiası namaz və ilahi maarifdə gələn ibadətlərdən insanın ehtiyacsız olması iddiası ləğvdir. hazırladı: Yusif Əliyev.

baxılma sayı: 237