İslamda 10 haqq

Quran və hədislərdə müsəlman şəxsə bu haqqlara diqqət etmək tapşırılmışdır: 1.Allahın haqqı. Onun təkliyinə inanıb əmr və nəhylərinə diqqət etmək. 2.Məhəmməd peyğəmbərin (s.ə.s) haqqı. Peyğəmbər sizə nə verirsə (şəriət hökmü) onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin, 3.Valideynin haqqı. Onların ehtiyacını dilə gətirməzdən əvvəl köməyinə yetişmək. 4.Övladın haqqı.Övladı islam tərbiyəsi ilə böyütmək. 5.Qohum haqqı. Onları yoxlamağa getmək. 6.Qonşunun haqqı. Onun möhtac olmamasına diqqət yetirib əziyyət etməmək. 7.Ərlə arvadın bir birinə olan haqqı. Onu həyatda maddi cəhətdən özündən başqa heç kəsə möhtac etməmək, kişinin haqqı isə budur ki, xanımı ondan itaət etsin. Allahın əmrlərinə zidd olan istəklərindən başqa. 8.Hakimlərin haqqı. Ədalətli və ilahi xüsusiyyətlərə malik olana tabe olmaq. 9.Müsəlmanların bir-birinə olan haqqı. Bir-birilərinə qarşı mərhəmətli olmaq. 10.Qeyri-müsəlmanların haqqı. Onlara qarşı ədalətli olmaq.

baxılma sayı: 298