Qünut zamanı necə dua etmək məsləhətdir?

Namazların ikinci rükətində qiraətlə rükunun arasında qünut tutmaq müstəhəbdir. Qünut zamanı əllər qoşalaşdırılıb sifət bərabərinə qaldırılır, açıq kitab vəziyyətində tutulur. Qünutda istənilən dildə istənilən duanı etmək olar. Qünut yeganə namaz əməlidir ki, insan onu qeyri-ərəb dilində də yerinə yetirə bilər. Qünut zamanı mənəvi məzmunlu dualar etmək daha çox bəyənilir. Məsələn, özünün və yaxın adamların günahlarının bağışlanması, axirət xeyrini qazanmaq, imanı və elmi artırmaq barədə. Bununla belə, halal dünyəvi və maddi istəklər üçün də dua etmək qadağan deyil. Peyğəmbərimiz qünutda bu ayəni çox oxuyardı: “Rəbbəna, atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar” (Bəqərə, 201). (Tərcüməsi: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”) Qünut duasını salavatla başlaıb salavatla bitirmək də müstəhəbdir. ixlas.

baxılma sayı: 277