Mömin şəxsin Şeytanı tələyə salması!!

Şeytan Ayıb olsun mənə!.


Bir gün bir nəfər şeytanı görür və belə deyir:
-Ey lənətlənmiş, sənin kimi olmaq üçün mən nə etməliyəm?
Şeytan deyir:
-Ayıb olsun sənə! Hələ indiyə kimi heç kim məndən belə bir şey istəməyib! Hələ indiyəcən heç bir adəm övladı məndən mənim kimi olmağın sirrini soruşmayıb.
Həmin şəxs:
-Amma mən istəyirəm, sən sadəcə de ki, nə etməliyəm ki, sənin kimi olum-deyə təkid edir.
Bunları eşidən şeytan çox sevinir. Adəm övladlarından daha biri onun kimi olmaq istəyir. Şeytan deyir:
-Mənim kimi olmaq istəyirsənsə, namazı tərk et,yalan-doğru and iç.
Bunu eşidən adam:
-Allaha söz verirəm! Namazı heç vaxt tərk etməyəcəm! Heç vaxt yalan-doğru and içməyəcəm! - deyir.
Bunları eşidən şeytan çox əsəbləşir və:
-İndiyə qədər hələ heç kim hiylə ilə məndən bir şey öyrənə bilməyib. Mən insanlara öyüd verməməyə and içmişdim. Ayıb olsun mənə - deyir. ceferiler.

baxılma sayı: 169