Allahla yaxından əlaqə qurmaq üçün hansı düşüncəyə sahib olmaq lazımdır?

Allahla yaxından əlaqə qurmaq üçün hansı düşüncəyə sahib olmaq lazımdır? İnsanlar adətən güclü olanın yanında olmaq istəyirlər. Bununla, həm digər insanlar tərəfindən etibar görəcəklərini, həm də güclü insanın onları qoruyacağını düşünürlər. Əslində, insanın güclünün yanında olmaq istəyi yaradılışından qaynaqlanan bir xüsusiyyətdir. Buna görə də, insan bütün həyatı boyu güclü olanı axtarar, lakin heç vaxt axtardığı gücü tapa bilməz. İnsanları yanıldan da budur. Çünki onlar əsl qaynağına yaxın olmaq əvəzinə, Onun təcəllilərinə sığınır və özləri kimi bir qul olan varlıqlardan kömək istəyirlər. Halbuki gücün əsl qaynağı bütün varlıq aləminin tək sahibi Uca Allahdır. Uca Allaha yaxın olmağın nəticəsində insanlar həyatları boyu axtardıqları rahatlığı və etibarı qazanırlar. Elə insanın fitrətinə uyğun olan da budur. Bu sirri qavrayan möminlər sadəcə Allaha güvənir, Onu dost və Vəli edir, özlərini Ona yaxınlaşdıran vəsilələr axtarırlar. Rəbbimiz bir ayəsində qullarına çox yaxın olduğunu belə bildirir: Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

baxılma sayı: 322