Namazda səcdənin təsirləri haqda hədislər

Namazda səcdə haqqında buyurulan hədislər: 1.İmam Sadiq (ə) buyurur ki, bəndənin Allaha ən yaxın halı səcdə halıdır. Səcdə bəndəni Allaha yaxınlaşdırır. 2.Bəndənin Allaha səcdəsi şeytanı ən çox qəzəbləndirən əməldir. 3.Həzrət Peyğəmbər (s) buyurur ki, uzun səcdə günahları yuyur. 4.Səcdə halında dua qəbul olar. 5.Bir şəxs behişt əhli olmaq üçün Peyğəmbərdən dua istədi. Həzrət buyurdu ki, sənə dua edirəm, amma duaların qəbuluna səcdələrinlə kömək et. 6.Peyğəmbər buyurur ki, bizimlə məhşur olmaq üçün səcdələrinizi uzadın... vilayet.

baxılma sayı: 240