Basimda yara olsa ganli namazin hokmu nedir?

Ümumiyyətlə, namaz qılanın bədəni və paltarı pak olmalıdır. Lakin aşağıdakı hallarda bədən və paltarın pak olması şərt deyildir: 1. Əgər qanın ölçüsü şəhadət barmağının bir bəndindən kiçik olarsa, namazda maneəsi yoxdur. Əks təqdirdə, nəcisdir. 2. Əgər namaz qılanın bədənində və ya paltarında yara, ya kəsik və yaxud çiban qanı olsa, bu təqdirdə bədəni və ya paltarı paklamaq, yaxud paltarı dəyişmək əksər insanlara, ya o şəxsin özünə çətin olarsa, həmin şəxs yarası, ya kəsiyi və yaxud çibanı sağalanadək qana bulaşmış paltarla namaz qıla bilər. Əgər bədəndə, ya paltarda qanlı irin və yaxud yaranın üzərinə qoyulan və nəticədə nəcis olan dərman olarsa, onun da hökmü belədir. Ayətullah Xameneinin fitvalarına əsasən.

baxılma sayı: 176