Gecə namazının qılınma qaydası Ayətullah Seyyid Əli Sİstani ağanın göstərişlərində

Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir. İlk 8 rükət “gecənin nafiləsi” niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "Ixlas", 2-ci rükətdə "Fatihə" və "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, Həmçinin insana zülm verən zalımın cəzalandırılması barədə də Allaha dua etmek olar. Hər iki rükətlinin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrəti Fatimənin (s.ə) zikrini demək savabdır. Sonra 2 rükət "şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə"-dən sonra "Nas", 2-ci rükətində "Fatihə"-dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz. Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"-dən sonra 3 dəfə "Ixlas" və 1 dəfə "Fələq"-lə "Nas" surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər möminin bağışlanması üçün dua edilir,(Allahumməğfir li, Allahumməğfir … adları sayırsan,və ya ümumilikdə dua edib Allahumməğfir lil mömininə vəl möminat demək olar.), sonra 70 dəfə istiğfar edilir(əstəğfirullahə rabbi və ətubu iləyh), sonra 70 dəfə "haza-məqamul-aizu bikə minən-nar" deyilir, sonra 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir. Gecə namazından sonra oxunması savab olan müstəhəbbi dualar da var. Gecə namazı vacib deyil, müstəhəb olduğundan, indiyə kimi qıldığınız gecə namazlarında səhv olsa belə, qətiyyən günah qazanmırsınız. Əksinə, bilməyərəkdən səhvə yol verdiyinizə görə, Allah düzgün gecə namazının savabını Sizə verər İnşallah. Amma bundan sonra bu namazın qılınma qaydalarına riayət etməyiniz lazımdır

baxılma sayı: 299