Mərhum Müctəba Tehraninin (r) Allah-Taala qarşısında həya barədə açıqlaması

Xalq içində həyanın mərtəbələri var. İnsan bəzilərindən utanır, bəzilərindən yox. Əgər baxan insanın təsir imkanları böyüksə insan onun qarşısında pis işə cürət etmir. Amma bəzən baxan adama əhəmiyyət verməyib, pis işini davam etdirir. Allahdan həya iki baxımdan araşdırıla bilər. Biri Allahın insanın nəzərində hansı məqamda olmasıdır. İkincisi Allahın cəzasıdır. Bəzən deyirlər ki, filankəs öz adamımızdır, onun yanında hər iş görmək olar. Bəzən də kənar adam gördükdə onu tanımadıqlarından pis işdən çəkinirlər. Demək, həya, utanıb-çəkinmək məqama yox, raksiyaya görədir. Məqama görə utanmaq odur ki, insan üçün biri çox əzizdir və o öz əzizinin qarşısında pis iş görmək istəmir. Reaksiyaya görə utanmaq odur ki, insan pis işinə görə cəzadan qorxur. Burada yaxın-uzaqlıq şərt deyil. İnsan bəzən yaxın, bəzən uzaq adamdan çəkinir. Münasibəti təyin edən qarşı tərəfin pis işə reaksiyasıdır.  Mərhum Müctəba Tehrani (r)

baxılma sayı: 290